Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub - FOTO

Xəbərlər
22 Dekabr 2025 10:41
67
Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub - FOTO

Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb..

Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın son günündə gənclər arasında şpaqa və sablya növləri üzrə mükafatçılar müəyyənləşib.

Sablya
Qızlar

1. Leyla Əhmədova
2. Fərəh Abasova
3. Ayan Ağakişiyeva, Züleyxa Sultanlı

Oğlanlar
1. Abbas Hüseynov
2. Rəsul Əliyev
3. Nahid Məmmədli, Timur Husnaddinov

Şpaqa
Qızlar

1. Xədicə Həsənli
2. Mirnuray Abasova
3. Nəzrin Mehdiyeva, Aynur Quliyeva

Oğlanlar
1. Mirxətai Məmmədov
2. Vahab Fətullayev
3. Osman Məmmədov, Səid Əliyev

Qeyd edək ki, mükafatçılar Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

İdman.Biz