1967-ci ildə Fransada baş tutan qılıncoynatma üzrə son rəsmi duel Marsel merinin rəhbəri Qaston Deffer ilə Sosialist Partiyasından prezidentliyə namizəd Rene Ribyer arasında keçirilib.
İdman.biz xəbər verir ki, duelin səbəbi Defferin Ribyerin çıxışı zamanı ona “Taisez-vous, abruti!” (“Səssiz ol, axmaq!”) deməsi olub.
Deffer üzr istəməyi rədd etdikdə, Ribyer onu duelə çağırıb.
Dueldən bir gün sonra Ribyerin nikah mərasimi olmalı imiş. Duel zamanı 57 yaşlı mer Ribyerə iki dəfə xəsarət yetirib və bundan sonra duel dayandırılıb.
Bu, Fransada rəsmi qaydalarla keçirilmiş son duel kimi tarixə düşüb.