Velosipedçilərimiz Avropa çempionatına Gədəbəydə hazırlaşır - FOTO

Xəbərlər
11 Avqust 2025 16:50
38
Velosipedçilərimiz Avropa çempionatına Gədəbəydə hazırlaşır - FOTO

Velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milli komandalarımızın Gədəbəy rayonunda təlim-məşq toplanışı davam edir.

İdman.biz Azərbaycan Velosiped Federasiyasına istinadən xəbər verir ki, avqustun sonunadək davam edəcək hazırlıq prosesi dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçirilir.

Dağlıq ərazidə keçirilən təlim-məşq toplanışı yığma üzvlərinin oktyabrda Fransada keçriləcək Avropa çempionatına hazırlığı üçün olduqca önəmlidir.

Qeyd edək ki, hazırlıq mərhələsinə avqustun 6-da start verilib.

İdman.biz