"Tour de France"da komandanın 11 velosipedi oğurlanıb – hər biri 13 min avro dəyərində

Xəbərlər
7 İyul 2025 00:23
51
"Tour de France"da komandanın 11 velosipedi oğurlanıb – hər biri 13 min avro dəyərində

2025-ci il "Tour de France" veloyürüşü zamanı "Cofidis" komandasının yük maşınından hər biri 13 min avro dəyərində olan 11 velosiped oğurlanıb.

İdman.biz "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, yük maşını komandanın hotelindən 150 metr məsafədə dayanıbmış.

Komandanın "Tour de France" yarışının ikinci mərhələsində iştirak edə bilməsi üçün idmançılara müvəqqəti velosipedlər təqdim olunub. Oğurlanan 11 velosipeddən beşi bazar günü axşam hotelin yaxınlığındakı meşədə tapılıb.

Qeyd edək ki, ötən il də "TotalEnergies" komandasının da 11 velosipedi oğurlanmışdı. Həmin vaxt da 11 velosiped itmişdi. "Tour de France" — üç əsas çoxgünlük şosse veloyürüşlərindən biridir və 5-27 iyul tarixlərində keçirilir.

İdman.biz