“Zəfərin izi ilə” veloyürüşünün final mərhələsi Xankəndidə keçirilib - FOTO/VİDEO

Xəbərlər
13 Noyabr 2025 16:05
39
“Zəfərin izi ilə” veloyürüşünün final mərhələsi Xankəndidə keçirilib - FOTO/VİDEO

Xankəndidə “Gənc Peşəkar Velosipedçilər Klubu”nun təşkilatçılığı ilə “Qarabağa veloyürüş - Zəfərin izi ilə” layihəsinin final mərhələsi baş tutub.

İdman.Biz xəbər verir ki, yarış gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, azad olunmuş ərazilərdə idmanın inkişafına dəstək vermək və Qarabağın sosial-iqtisadi dirçəlişinə töhfə vermək məqsədi daşıyıb.

İştirakçılar Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov tərəfindən qarşılanıb. Yarışda Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev də iştirak edib.

Tədbir idmanın yanında Azərbaycanın dövlətçilik ənənələrinin, milli həmrəyliyin və Zəfərin rəmzi kimi qiymətləndirilib. Sonda fəal iştirakçılara təşəkkürnamələr təqdim olunub.

İdman.Biz