Fransız velosipedçi Oskar Delayt dünya rekorduna imza atıb.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, o, inanılmaz uğur əldə edib.
İdmançı 150 kilometr məsafədə velosipedi yalnız arxa təkər üzərində idarə edərək yeni dünya rekordunu müəyyənləşdirib.
Velosipedçi bu çətin marafonu fasiləsiz şəkildə 6 saat 31 dəqiqə ərzində tamamlayıb.
