Azərbaycan şahmatçılarından yalnız ikisi ilk 100-lüyə düşə bilib

Xəbərlər
24 Avqust 2025 21:14
39
Azərbaycan şahmatçılarından yalnız ikisi ilk 100-lüyə düşə bilib

BƏƏ-də 31-ci "Abu Dhabi International Chess Festival" şahmat turniri başa çatıb.

İdman.biz xəbər verir ki, "Masters" yarışında çıxış edən Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni Şiroğlan Talıbov göstərib.

O, 9 turdan sonra 5,5 xalla 41-ci yeri tutub.

Ondan başqa, yalnız Vüqar Manafov ilk 100-lükdə yer alıb - 4,5 xalla 85-ci yeri tutub.

Digər təmsilçilərimizdən Süleyman Süleymanlı 4 xalla 120-ci, Gülnar Məmmədova 3 xalla 171-ci, Fərid Orucov isə 1,5 xalla 190-cı mövqedə qərarlaşıblar.

Belaruslu Denis Lazavik 7 xalla yarışın qalibi olub.

İdman.biz

Məqalədə: