Şəhriyar Məmmədyarovdan yeniyetmələrə "ustad dərsləri” - FOTO

Xəbərlər
20 Avqust 2025 14:49
45
Şəhriyar Məmmədyarovdan yeniyetmələrə "ustad dərsləri” - FOTO

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə növbəti dəfə “ustad dərsləri" keçirilib.

İdman.biz “Report”a istinadən xəbər verir ki, tədbir AŞF-nin inzibati binasında baş tutub.

Yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları milli komandanın üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarovla görüşüblər.

Bir neçə partiyanı təhlil edən təcrübəli qrossmeyster uşaqların suallarını cavablandırıb və öz təcrübələrini bölüşüb.

İdman.biz