Azərbaycan və Türkiyə Şahmat Federasiyasılarının rəhbərləri gələcək planları müzakirə ediblər

Xəbərlər
28 İyun 2025 23:08
31
Azərbaycan və Türkiyə Şahmat Federasiyasılarının rəhbərləri gələcək planları müzakirə ediblər

Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov İzmir şəhərində Türkiyə Şahmat Federasiyasının rəhbəri Fethi Apaydınla görüşüb.

İdman.biz xəbər verir ki, federasiya nümayəndələrinin iştirakıyla keçirilən ikitərəfli görüşdə federasiyalar arasında əlaqələrin inkişafı, mötəbər yarışların təşkilatçılığında təcrübə mübadiləsi aparılıb.

Bundan başqa, Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının gələcək planları müzakirə olunub.

AŞF rəhbəri M.Məmmədov Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydına milli ornamentlərlə bəzədilən hədiyyə təqdim edib. Eyni zamanda Fethi Apaydın da AŞF prezidenti Mahir Məmmədova qurum adından xatirə hədiyyəsini verib.

Səfər zamanı AŞF rəhbəri 11-ci Çeşmə Beynəlxalq Şahmat turnirinin blits yarışında çıxış edərək iştirakçıları salamlayıb, ardınca isə rəmzi ilk gedişi reallaşdırıb.

İdman.biz