Malayziya Şahmat Federasiyası (MCF) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə "Azərbaycan Ümummilli Liderinin Anım Günü" şahmat turniri keçirəcək.
İdman.biz xəbər verir ki, MCF yarışın Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil ediləcəyini açıqlayıb.
Tədbirin 17 may 2025-ci il mayın 17-də "Hotel UiTM Shah Alam"da keçirilməsi planlaşdırılır.
FIDE reytinqli turnir açıq (kişilər) və qadınlar kateqoriyasında şahmatın rapid növündə İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.
Qeyd edək ki, "Heydər Əliyev" turniri Malayziyada 3-cü dəfə keçiriləcək.
İdman.biz