Azərbaycan şahmatçıları “Çempionların savaşı” qalib gəliblər

Xəbərlər
30 Aprel 2025 19:18
219
Azərbaycan şahmatçıları “Çempionların savaşı” qalib gəliblər

Bakıda keçirilən “Çempionların savaşı” şahmat turniri başa çatıb.

İdman.biz xəbər verir ki, qaliblər rapid və blitsdə keçirilən partiyalardan sonra bəlli olub.

Kişilər arasında Azərbaycan çempionu Rauf Məmmədov Dünya kubokunun keçmiş qalibi Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb. Rapid 8:4 hesabı ilə üstünlük qazanan şahmatçımız blitsdə eyni uğuru təkrarlaya bilməyib. Amma bu ona ümumi hesabda qələbə qazanmağa mane olmayıb.

Qadınların mübarizəsində isə Günay Məmmədzadə qalib gəlib. O, rapiddə əldə etdiyi üstünlüyü sonadək qoruyub.

Rapid
Rauf Məmmədov - Rüstəm Kasımcanov - 8:4
Günay Məmmədzadə - Antoaneta Stefanova - 7:5

Blits
Rauf Məmmədov - Rüstəm Kasımcanov - 4:6
Günay Məmmədzadə - Antoaneta Stefanova - 5:5

Yekun
Rauf Məmmədov - Rüstəm Kasımcanov - 12:10
Günay Məmmədzadə - Antoaneta Stefanova - 12:10

İdman.biz