Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə oğlunu unutmadı - VİDEO

21 Noyabr 2026 15:19
82
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə oğlunu unutmadı - VİDEO

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov oğlunu ad günü münasibətilə təbrik edib.

İdman.Biz xəbər verir ki, qrossmeyster bu münasibətlə “Total Chess Pilot” turnirinin təşkilatçıları tərəfindən yayımlanan videoda övladına müraciət edib.

Məmmədyarov oğlunun onu izlədiyini bildiyini deyərək ona sevgisini ifadə edib və ən xoş arzularını çatdırıb.

Şahmatçı təbrikini yumorla davam etdirərək oğluna iki xəbərinin olduğunu söyləyib. O, birinci xəbərin turnirin tezliklə başa çatması, ikinci xəbərin isə bundan sonra evə qayıdacağı ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, “Total Chess Pilot” turniri noyabrın 10-dan 20-dək keçirilib. Təbrik videosu noyabrın 20-də yayımlanıb.

İdman.Biz