Rauf Məmmədov: "Kasımcanov kimi şahmatçı ilə qarşılaşma hamişə çətin alınır"

Xəbərlər
30 Aprel 2025 20:49
176
Rauf Məmmədov: "Kasımcanov kimi şahmatçı ilə qarşılaşma hamişə çətin alınır"

"Adətən rapiddə blitsə nisbətən daha yaxşı oynayıram. Amma bu dəfə partiyalar çox çətin alındı".

İdman.biz xəbər verir ki, bunu “Çempionların savaşı” turnirinin qalibi Rauf Məmmədov deyib.

Ruslan Kasımcanova qalib gələn qrossmeystrimiz qələbə qazandığına görə sevindiyini bildirib: "Turnir heç də asan olmadı. Almaniyadakı yarışdan sonra bir az yorğunluq hiss olunurdu. Kasımcanov kimi şahmatçı ilə qarşılaşma hamişə çətin alınır. Amma partiyalar maraqlı mübarizə şəraitində keçdi. Turnirin Milli Xalça Muzeyində keçirilməsi əla atmosfer yaratmışdı. Qələbə qazandığım üçün çox şadam. Bu, kifayət qədər maraqlı format idi və biz zövqlə oynadıq".

Qeyd edək ki, Rauf yekun nəticədə 12:10 hesabı ilə qalib gəlib.

Zəki Feyzullayev
İdman.biz