Nicat Abasov Karuananı məğlub edib

Xəbərlər
22 Avqust 2023 17:30
165
Nicat Abasov Karuananı məğlub edib

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda görüşdə ilk oyununda amerikalı Fabiano Karuananı məğlub edib.

İdman.biz-in məlumatına görə, görüş iki saat yarım davam edib. Nicat ağ fiqurlarla oynayıb, üstünlüyə sahib olub və 26-cı gedişdə Karuana təslim olub.

Cavab görüşü sabah baş tutacaq. Abasov qara fiqurlarla oynayacaq.

Nicat Zəkiyev

İdman.biz