Azərbaycan şahmatçısı Azər Mirzoyev bu gün Budapeştdə (Macarıstan) start götürəcək “One Week March” turnirində iştirak edəcək.
İdman.biz xəbər verir ki, dairəvi sistemlə keçirəcək yarışda 10 şahmatçı gücünü sınayacaq.
Mirzoyev turnirin reytinq favoritidir.
Yarışda ABŞ, Hindistan, Qazaxıstan, Fransa, Avstriya, Rusiya, Meksika və Macarıstan zəka sahibləri də mübarizə aparacaq.
Qeyd edək ki, Mirzoyev ötən il Budapeştdə keçirilən turnirin qalibi olub.
İdman.biz