Azərbaycan şahmatçısı dünya çempionatında ilk “üçlük”dədir

Xəbərlər
22 Oktyabr 2023 10:39
143
Azərbaycan şahmatçısı dünya çempionatında ilk “üçlük”dədir

Şarm Əl-Şeyxdə keçirilən 8-12 yaşlı uşaqlar arasında şahmat üzrə dünya çempionatı turniri ekvatorunu keçib.

İdman.biz xəbər verir ki, 6 turdan sonra Azərbaycanın gənc idmançıları arasında ən çox xal toplayan Xaqan Əhməd (U-12) olub.

Son oyun günündə o, Andrey Neqreaan (Rumıniya) üzərində qələbə qazanaraq xalını 5-ə çatdırıb. Əhməd üçüncü yerdədir, yalnız əlavə göstəricilərə görə ikinci yerdə qərarlaşmış Aaron Mendezdən (Kanada) geri qalır.

6-cı pillədə qərarlaşan Paşam Əlizadə komanda yoldaşından yarım xal geri qalır.

U-10-da dördüncü yerdə olan Əsnad Baxşızadə 4,5 xala malikdir.

Zəki Feyzullayev

İdman.biz