“Vüqar Həşimov” qələbə qazanıb, Avropa kubokunda 4-cü yerə yüksəlib

Xəbərlər
5 Oktyabr 2023 23:51
94
“Vüqar Həşimov” qələbə qazanıb, Avropa kubokunda 4-cü yerə yüksəlib

Albaniyanın Dures şəhərində keçirilən klublararası Avropa kubokunda V turun oyunları yekunlaşıb.

İdman.biz saytı xəbər verir ki, “Vüqar Həşimov” qarşılaşmanı qələbə ilə başa vurub.

Təmsilçimiz Almaniya “Verder”ini məğlub edib. “Vüqar Həşimov”un heyətində Rauf Məmmədov, Read Səmədov və Ülvi Sadıxovun qələbə qazandığı görüşdə Aydın Süleymanlı ilə Vüqar Əsədli heç-heçə oynayıb. Əhməd Əhmədzadənin rəqibi isə mübarizədən çəkildiyi üçün komandamız 5:1 hesabı ilə qalib gəlib.

Nəticədə aktivindəki xalını 8-ə çatdıran “Vüqar Həşimov” 4-cü pilləyə yüksəlib.

İdman.biz