Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
İdman.biz xəbər verir ki, yarışa İordaniya və Finlandiya komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşıb.
Zəka sahiblərimiz 3:1 hesabı ilə üstün olaraq, qələbə seriyasını 3-ə yüksəldiblər. Komandamızın hesabında 6 xal var.
Qadınlardan ibarət millisi isə Argentina ilə üz-üzə gəlib. Yığmamız üstün olsa da Ülviyyə Fətəliyevanın məğlubiyyəti görüşün heç-heçə bitməsi ilə nəticələnib. Komandamız 5 xal toplayıb.
45-ci Şahmat Olimpiadası
III Tur, 13 sentyabr
Kişilər
Azərbaycan – Moldova - 3:1
Aydın Süleymanlı – İvan Şitko - 1:0
Nicat Abasov – Andrey Makovey - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Yeqor Laşkin - 1:0
Məhəmməd Muradlı – Viktor Boloqan - 0,5:0,5
Qadınlar
Azərbaycan – Argentina - 2:2
Günay Məmmədzadə – Kandela Fransisko - 0,5:0,5
Ülviyyə Fətəliyeva – Maria Xose Kampos - 0:1
Xanım Balacayeva – Anapola Borda - 0,5:0,5
Gülnar Məmmədova – Klaudia Amura - 1:0
Qeyd edək ki, yığmalarımız ilk iki turu qələbə ilə başa vurublar.
İdman.biz