Şəhriyar Məmmədyarovdan 22 gediş və...

Xəbərlər
7 İyun 2024 16:22
528
Şəhriyar Məmmədyarovdan 22 gediş və...

Daşkənddə şahmat üzrə Masters turniri davam edir.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu gün ikinci görüşünü keçirib.

İlk turda heç-heçə edən həmyerlimiz bu dəfə də xalı yarı bölüb. O, ağ fiqurlarla 22-ci gedişdə yerli Nodirbek Abdusattorovla heç-heçə edib.

2-ci tur
Şəhriyar Məmmədyarov – Nodirbek Yakubboyev (Özbəkistan) 0,5:0,5
Aleksey Sarana (Serbiya) - Parham Maqsudlu (İran)
Nodirbek Yakubboyev (Özbəkistan) – Vidiş Santoş Qujarati (Hindistan)
Javoxir Sindarov (Özbəkistan) - Rixard Rapport (Macarıstan)
Aleksandr Qrişuk (FİDE) – Yu Yanqyi (Çin)

Qeyd edək ki, Şəhriyar ilk turda hindistanlı Vidiş Santoş Qujarati ilə “sülh” bağlayıb. Turnir 9 turdan ibarət olacaq.

İdman.biz