Zeynəb Məmmədyarova: “Onlar özlərini doğrultmalıdırlar ki, yığmaya layiq olsunlar” - VİDEO

Müsahibə
16 May 2024 15:53
169
Zeynəb Məmmədyarova: “Onlar özlərini doğrultmalıdırlar ki, yığmaya layiq olsunlar” - VİDEO

“Dünyanın bir çox yerində yaşı 50-ni keçən şahmatçılar ölkələrinin millisində yer alır. Ancaq şahmatçıların yaşı getdikcə azalır.”

Bunu "İdman Bizimlə”nin qonağı olan şahmat üzrə gənclər arasında Avropa və dünya çempionu Zeynəb Məmmədyarova gənclərin milliyə cəlb olunması haqqında danışarkən deyib.

41 yaşlı qrossmeyster bildirib ki, yığmada layiq olanlar mübarizə aparmalıdırlar: “Milli komandanı yalnız federasiya formalaşdırmır, gənclər özlərini doğrultmalıdırlar ki, yığmaya layiq olsunlar. Çünki komanda yarışı şəxsi yarış deyil ki, kefin istəyəndə heç-heçə edəsən, yaxud da durub gedəsən. Burda sən özündən əlavə bütün oyunçuları düşünməlisən. Hətta bərabər vəziyyətdə ehtiyac olarsa, komandaya görə risk edib udmaq üçün belə oynamalısan. Bu təcrübə səndə olmalıdır. Əgər həmin gənc öz nəticəsi ilə milli komandada oynamağa layiqdirsə, istər-istəməz bu, olacaq. Ancaq kimisə gəncdir deyə, milliyə gətirmək düzgün deyil”.

Aytac Sahəd
İdman.biz