Şirvanda beynəlxalq şahmat festivalı start götürür

19 Oktyabr 2026 09:17
127
Şirvanda beynəlxalq şahmat festivalı start götürür

Bu gün, oktyabrın 19-da Şirvanda “Shirvan Open 2026” beynəlxalq şahmat festivalı start götürür.

İdman.Biz xəbər verir ki, yarışlar Şirvan Olimpiya İdman Kompleksində təşkil olunacaq və oktyabrın 26-dək davam edəcək.

Festival çərçivəsində müxtəlif yaş kateqoriyalarından olan şahmatçılar arasında turnirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirin təşkilatçısı Azərbaycan Şahmat Federasiyasıdır.

İlk günün proqramının Bakı vaxtı ilə saat 10:00-da başlaması planlaşdırılıb.

İdman.Biz