“İl ərzində sabitliyi qoruya bilmədim” - Ülviyyə Fətəliyevanın İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

8 Oktyabr 2026 14:43
114
“İl ərzində sabitliyi qoruya bilmədim” - Ülviyyə Fətəliyevanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Enişlər və yüksəlişlər idmançının həyatının bir hissəsidir.

Bunu İdman.Biz-ə açıqlamasında azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva karyerasında yaşadığı qeyri-sabit dövrü şərh edərkən deyib.

O, ilin onun üçün uğurlu başladığını, lakin daha sonra çıxışlarında eniş yaşandığını bildirib:

“İlin əvvəlinə nəzər salsaq, ilk dəfə Azərbaycan çempionu oldum, daha sonra beynəlxalq qadınlar turnirinin qalibi adını qazandım. Hər şey yaxşı başlamışdı. Təəssüf ki, bundan sonra bəzi turnirlərdə sabitliyi qoruya bilmədim. Əlbəttə, bu, yolun bir hissəsidir. Daim qalib gəlmək mümkün deyil. Bu, prosesin mütləq bir hissəsi olmalıdır”.

Məlumat üçün əlavə edək ki, bu gün Şahmat üzrə Avropa çempionu Ülviyyə Fətəliyeva gənc şahmatçılar üçün seans keçib.

İdman.Biz