Məmmədyarov onlayn turnirin qalibi olub

Xəbərlər
2 Sentyabr 2023 09:24
84
Məmmədyarov onlayn turnirin qalibi olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Julius Baer Generation Cup onlayn turnirinin divizionlarından birinin qalibi olub.

İdman.biz-in məlumatına görə, yarışın iştirakçıları müxtəlif divizionlar çərçivəsində mini-turnirlər keçiriblər. Qrupunun final görüşündə Şəhriyar ABŞ təmsilçisi Samuel Sevyanı məğlub edib.

Birinci divizionda Maqnus Karlsen əvvəlki mərhələlərdə amerikalı Fabiano Karuana və fransalı Alireza Firuzjaya qalib gələrək finala yüksəlib.

Julius Baer Nəsil Kuboku Karlsenin təşəbbüsü ilə Çempionlar Şahmat Turunun bir hissəsidir.

Nicat Zəkiyev

İdman.biz