Erməni Kazaryan dünya çempionatında cərimələnib

Xəbərlər
1 Yanvar 2024 22:06
154
Erməni Kazaryan dünya çempionatında cərimələnib

Niderlandı təmsil edən erməniəsilli şahmatçı Anna-Maya Kazaryan 100 avro cərimələnib.

İdman.biz xəbər verir ki, o, Səmərqənddə keçirilən rapid və blits üzrə dünya çempionatına idman ayaqqabısında gəlib.

FİDE-nin qaydalarına görə, iştirakçılar yarışlara idman geyimində qatıla bilməzlər. Kazaryan qaydaları pozduğuğu üçün cəzaya məruz qalıb. Erməniəsilli idmançı məsələyə belə münasibət bildirib: “Geyimlə bağlı xəbərdarlıq nişanı grdüm. Özümü pis narahat hiss etdim və stressdən başım ağrıdı. Bu, FİDE tərəfindən hörmətsizlikdir”.

Qeyd edək ki, qadınların mübarizəsində rapiddə Anastasiya Bodnaruk, blitsdə Valentina Qunina dünya çempionu olublar.

İdman.biz