Şəhriyar və Günay dünya çempionatında ən yaxşı nəticəyə imza atıblar

Xəbərlər
30 Dekabr 2023 20:44
154
Şəhriyar və Günay dünya çempionatında ən yaxşı nəticəyə imza atıblar

Özbəkistanda keçirilən blits üzrə dünya çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, kişilərin mübarizəsində Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəyə Şəhriyar Məmmədyarov imza atıb.

21 turdan sonra 13 xal toplayan Şəhriyar 22-ci pillədə qərarlaşıb. O, dünya çempionu Maqnus Karlsendən 3 xal geri qalıb. Teymur Rəcəbov (12,5 xal) 32-ci, Məhəmməd Muradlı (12,5 xal) 37-ci, Rauf Məmmədov (12 xal) 48-ci, Qədir Hüseynov (12 xal) 51-ci, Aydın Süleymanlı (11 xal) 77-ci, Kənan Qarayev (9,5 xal) 139-cu, Vüqar Əsədli (9,5 xal) 150-ci yeri tutublar.

Qadınların mübarizəsində 17 partiyadan sonra Günay Məmmədzadə 9,5 xalla 32-ci pillədə yer alıb. Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva 8 xalla 73-76-cı pillələrdə qərarlaşıblar. Türkan Məmmədyarova və Ayan Allahverdiyeva eyni xalla 80-81-ci yerləri tutublar. Ləman Hacıyeva 7,5 xalla çempionatı 87-ci pillədə başa vurub.

Qeyd edək ki, kişilərin yarışında Maqnus Karlsen (Norveç) 16, qadınlar mübarizəsində isə Valentina Qunina (Rusiya) 14 xalla dünya çempionu olublar.

İdman.biz