Karlsen 5-ci dəfə dünya çempionu olub

Xəbərlər
28 Dekabr 2023 19:51
113
Karlsen 5-ci dəfə dünya çempionu olub

Maqnus Karlsen 5-ci dəfə rapid üzrə dünya çempionatında qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, norveçli şahmatçı Özbəkistanın paytaxtı Səmərqənddə keçirilən mundialda birinci olub.

Karlsen son turda hindistanlı Rameşbaba Praqnandxa ilə heç-heçə oynayıb. 13 turdan sonra xalının sayını 10-a yüksəldən norveçli birinci yeri tutub. Çox xoşbəxt olduğunu deyən Karlsen qələbəsinə münasibət bildirib: “Çox xoşbəxtəm. Dünənki partiyadan razı qalmamışdım, ona görə də bu gün vəziyyəti çətinə salmaq istəmədim. Ola bilər ki, daha ehtiyatlı oynadım”.

Qeyd edək ki, Karlsen 2014-cü, 2015-ci, 2019-cu və 2022-ci illərdə dünya çempionatının qalibi olub.

İdman.biz

Məqalədə: