Vüqar Rəsulov Türkiyədə 5-ci olub

Xəbərlər
30 İyun 2025 11:11
31
Vüqar Rəsulov Türkiyədə 5-ci olub

Azərbaycan şahmatçısı Vüqar Rəsulov Türkiyənin Çeşmə şəhərində keçirilən beynəlxalq turnirdə beşinci yeri tutub.

İdman.biz xəbər verir ki, o, IX turda yunanıstanlı Dimitris Aleksakislə bərabərə qalıb.

Rəsulov və digər dörd iştirakçı yarışı yeddi xalla başa vurub. Əlavə əmsallara görə şahmatçımız beşinci, Aleksakis isə birinci yeri tutub.

Qeyd edək ki, turnirdə Hindistan, Polşa, Norveç, İran, Rusiya, Almaniya və digər ölkələrdən ümumilikdə 162 zəka sahibi iştirak edib.

İdman.biz