Şəhriyar Məmmədyarov rapid reytinqində 19-cu mövqedə

Xəbərlər
1 İyul 2025 10:38
80
Şəhriyar Məmmədyarov rapid reytinqində 19-cu mövqedə

Beynəlxalq Şahmat Federasiyası klassik reytinqdən sonra iyulun əvvəlində rapid və blits üzrə də reytinq cədvəlləri açıqlayıb.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeysterlər arasında rapiddə ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdur.

O, 2701 xalla 19-cu yerdə qərarlaşıb. Teymur Rəcəbov 32-ci (2669 xal), Eltac Səfərli isə 72-ci sıradadır (2627).

Rapiddə lider norveçli Maqnus Karlsendir (2819). Onun ardınca çinli Din Lijen (2776) və fransalı Alireza Firouzja (2762) gəlir.

Blits reytinqində isə Məmmədyarov 2676 xalla 39-cu yerdədir. Rəcəbov 2663 xalla 45-ci yerdə qərarlaşıb. İlk yüzlükdə daha iki şahmatçımız var: Eltac Səfərli 2634 xalla 73-cü, Rauf Məmmədov isə 2609 xalla 97-ci sıradadır.

Blitsdə də lider Karlsendir (2883). İkinci yerdə ABŞ-dan Hikaru Nakamura (2838), üçüncü yerdə isə Fransa təmsilçisi Alireza Firouzja (2814) qərarlaşıblar.

İdman.biz