Teymur Rəcəbov “Şahmat Ulduzları 5.0”da 5-ci olub - YENİLƏNİB

Xəbərlər
30 İyun 2025 17:35
67
Teymur Rəcəbov “Şahmat Ulduzları 5.0”da 5-ci olub - YENİLƏNİB

Moskvada keçirilən "Şahmat Ulduzları 5.0" turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov rapid və blits üzrə çıxışlarının nəticələrinə əsasən, 5-ci yeri tutub.

Rapid üzrə 5 xal toplayan qrossmeysterimiz blitsdə 10 xalla 4-cü olub. Ümumi hesabda Rəcəbov 5-ci yerlə kifayətlənib.

Hər iki növdə hamıdan güclü olan rusiyalı Vladislav Artemyev liderliyini qoruyub.

***

12:25

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada keçirilən "Şahmat Ulduzları 5.0" turnirində çıxışını davam etdirir.

İdman.biz xəbər verir ki, blits üzrə turnirdə 9 turdan sonra o, 5 xal toplayaraq 4-cü pillədə qərarlaşıb.

Rəcəbov yarışın lideri rusiyalı Vladislav Artemyevdən 2,5 xal geri qalır. İştirakçıları qarşıda 9 tur gözləyir.

Qeyd edək ki, Teymur rapid üzrə yarışda beşinci yeri tutub. Turnirin mükafat fondu 15 milyon rubldur (təxminən 326 min manat).

İdman.biz