Xaqan Əhməd "Shamakhi Open" beynəlxalq şahmat festivalında vahid lider olub.
İdman.biz xəbər verir ki, gənc azərbaycanlı istedad altıncı turda Tunar Davudova qalib gələrək dördüncü qələbəsini qazanıb.
Xaqan Əhməd 5 xal toplayıb və ən yaxın izləyiciləri Xəzər Babazadə və ukraynalı Vitali Bernadskini yarım xal qabaqlayır.
Qeyd edək ki, "Shamakhi Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.
İdman.biz