Rauf 8-ci, Səfərli 11-ci olub

Xəbərlər
17 Dekabr 2023 00:14
242
Rauf 8-ci, Səfərli 11-ci olub

Zaqrebdə keçirilən şahmatın blits növü üzrə Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, 13 turdan sonra Azərbaycanlı şahmatçılar 10 xal toplayıblar.

Zəka sahiblərimizin tutduqları yerlər əlavə göstəricilərə görə, bəlli olub. Rauf Məmmədov çempionatı 8-ci, Eltac Səfərli isə 11-ci pillədə başa vurub.

Qeyd edək ki, David Navara (Çexiya) 11,5 xalla birinci yeri tutub. Vasili İvançuk turniri 2-ci, Denis Kadriç (Çernoqoriya) isə 3-cü pillədə başa vurub.

İdman.biz