Azərbaycan qadın şahmat komandası dünya çempionatının yarımfinalına yüksəlib

Xəbərlər
22 Noyabr 2025 00:07
42
Azərbaycan qadın şahmat komandası dünya çempionatının yarımfinalına yüksəlib

Azərbaycan qadın şahmat komandası hazırda İspaniyanın Linares şəhərində keçirilən Dünya komanda çempionatında uğurlu çıxışını davam etdirir.

İdman.Biz-in məlumatına görə, dörddəbir finalda Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət komandamız Gürcüstan komandasını 2,5-1,5 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Yeganə qələbəni Gövhər Beydullayeva qazanıb, Fətəliyeva, Balacayeva və Məmmədova isə heç-heçə ediblər.

Qrup mərhələsində Azərbaycan komandası Peru (3:1) və İspaniyanı (3,5:0,5) məğlub etsə də, Qazaxıstan (1,5:2,5), ABŞ (0,5:3,5) və FİDE komandasına (1:3) məğlub olub.

İdman.Biz