Norveçli qrossmeyster Maqnus Karlsen 2025-ci ildə şahmatda mükafat pullarına görə ilin ən çox qazanan şahmatçısı olub.
İdman.Biz chess.com portalına istinadla xəbər verir ki, Karlsen mövsüm ərzində ümumilikdə təxminən 1,5 milyon ABŞ dolları (təxminən 2 550 000 AZN) qazanıb.
Onun ən böyük qazancı isə kibersport üzrə Dünya Kubokunda qələbəyə görə aldığı 250 min ABŞ dolları (təxminən 425 000 AZN) olub. Turnirin proqramına bu il şahmat da daxil edilib.
Dekabr ayında Karlsen həmçinin rapid və blits üzrə dünya çempionatlarını da qazanıb.
