Azərbaycanın şahmat ölkələri reytinqində mövqeyi məlum oldu – İDMAN.BİZ-in İCMALI

Xəbərlər
2 Yanvar 2026 16:20
59
Azərbaycanın şahmat ölkələri reytinqində mövqeyi məlum oldu – İDMAN.BİZ-in İCMALI

Azərbaycan 2026-cı ilə şahmat ölkələrinin reytinqində yeddinci yerdə başladı.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) ölkələrin reytinqini açıqladı və bu reytinq ölkənin on aparıcı şahmatçısının orta göstəricisi əsasında formalaşdırılıb.

Bu göstəriciyə görə kişilər arasında Azərbaycanın reytinqi 2625 xaldır ki, bu da yeddinci yeri tutmağa imkan verdi. Azərbaycan Fransadan iki xal geri qalır və Ukraynanı iki xal qabaqlayır.

2026-cı ilin əvvəlinə olan şahmat ölkələrinin ilk onluğu belədir: 1. ABŞ (2727), 2. Hindistan (2712), 3. Çin (2653), 4. Rusiya (2652), 5. Almaniya (2628), 6. Fransa (2627), 7. Azərbaycan (2625), 8. Ukrayna (2623), 9. Macarıstan (2620), 10. Niderland (2617).

Qadınlar arasında Azərbaycan 2299 xalla 11-ci pillədə qərarlaşıb. İlk onluğa daxil olmaq üçün Azərbaycan Almaniyanı qabaqlamalıdır. Bununla belə, ölkəmiz ondan 32 xal geri qalır ki, bu da ölkələr reytinqi üçün əhəmiyyətli fərq sayılır.

Qadınlar arasında şahmat ölkələrinin ilk onluğu belədir: 1. Çin (2495), 2. Hindistan (2400), 3. Ukrayna (2383), 4. Almaniya (2373), 5. ABŞ (2365), 6. Rusiya (2362), 7. Polşa (2350), 8. Fransa (2344), 9. Qazaxıstan (2333), 10. Almaniya (2331).

İdman.Biz