Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Vüqar Həşimov” şahmat üzrə Avropa Kubokunda “Verder Bremen”i darmadağın edib - İdman və Biz

“Vüqar Həşimov” şahmat üzrə Avropa Kubokunda “Verder Bremen”i darmadağın edib

Xəbərlər
25 Oktyabr 2025 02:05
58
“Vüqar Həşimov” şahmat üzrə Avropa Kubokunda “Verder Bremen”i darmadağın edib

Yunanıstanın Rodos adasında Avropa Klub Şahmat Kuboku davam edir.

İdman.Biz-in məlumatına görə, altıncı turda Azərbaycanın “Vüqar Həşimov” komandası (Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Read Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və Qazaxıstandan Nogerbek Kazıbek) Almaniyanın “Verder Bremen” komandasını 4,5-1,5 hesabı ilə məğlub edib.

Bu qələbə ilə klub 10 xalla turnir cədvəlində altıncı yerdədir. Şəhriyar Məmmədyarov və Xaqan Əhmədin oynadığı Türkiyə komandaları “Beyegan Pendik” və “Türk Hava Yolları” hərəyə 9 xalla müvafiq olaraq səkkizinci və doqquzuncu yerdədirlər.

Gövhər Beydullayevanın oynadığı Serbiyanın “Sirmium Sremska Mitrovica” komandası 10 xalla ikinci, Ülviyyə Fətəliyevanın oynadığı Rumıniyanın “Superchess” komandası isə 7 xalla altıncı yerdədir.

Turnir İsveçrə sistemi ilə yeddi turda keçirilir və oktyabrın 25-də başa çatacaq.

İdman.Biz