Azərbaycan boksçuları dünya çempionatında qələbə qazanıblar

Xəbərlər
7 Sentyabr 2025 18:27
62
Azərbaycan boksçuları dünya çempionatında qələbə qazanıblar

Liverpulda kişi və qadınlar arasında keçirilən dünya boks çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarış ilk dəfə World Boxing tərəfindən təşkil olunur.

Azərbaycan idmançıları bugünki çıxışlarına uğurla başlayıblar.

Nəcəf Quliyev (55 kq) 1/16 finalda kubalı Rolando Martinez Peresi 4:1 hesabı ilə məğlub edib. Murad Allahverdiyev (80 kq) isə alban boksçusu Amar Koçini 4:1 nəticəsi ilə üstələyib.

Qeyd edək ki, turnirdə ölkəmizi təmsil edən 11 boksçudan beşi çıxışlarını artıq başa vurub.

İdman.biz

Məqalədə: