Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb - YENİLƏNİB/FOTO

Xəbərlər
5 İyul 2025 20:25
60
Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb - YENİLƏNİB/FOTO

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda yarımfinal döyüşləri başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.

Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbayla (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel do Naskimento (Braziliya) ilə və Məhəmməd Abdullayev (+90 kq) Aybek Oralbayla (Qazaxıstan) üz-üzə gəlib. Rəqiblər finala yüksəldiklərindən təmsilçilərimiz bürünc medala yiyələniblər.

Qeyd edək ki, sabah yekunlaşacaq Dünya kubokunda 30 ölkədən 300-dək boksçu qatılıb.

*****

Saat. 16:12

Boks üzrə Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya kubokunda daha bir medal qazanıb.

İdman.biz xəbər verir ki, yığmamızın aktivinə ikinci bürünc mükafatı Məhəmmədəli Qasımzadə (60 kq) əlavə edib.

O, yarımfinalda Luis Qabriel do Naskimentoya (Braziliya) məğlub olduğundan 3-cü yeri tutub.

Qeyd edək ki, boksçularımızdan daha öncə Sübhan Mamedov (50 kq) da bürünc medala yiyələnib. Bu gün yarımfinalda daha bir boksçumuz rinqə çıxacaq.

*****

Saat. 15:17

Azərbaycan boksçusu Sübhan Mamedov Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya kubokunda yarımfinal görüşünə çıxıb.

İdman.biz xəbər verir ki, 50 kq-da çıxış edən milli üzvü yerli Sanjar Taşkenbayla üz-üzə gəlib.

Rəqib qalib gəldiyindən boksçumuz bürünc medala yiyələnib.

Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir. Bu mərhələdə daha 2 idmançımız rinqə çıxacaq.

İdman.biz