Boksçularımız Batumidə beynəlxalq turnirdə

Xəbərlər
23 İyun 2025 15:42
39
Boksçularımız Batumidə beynəlxalq turnirdə

İyunun 25-də Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

İdman.biz xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Turnirdə məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi altında Mətin Məmmədov (55 kq), Elbrus Adıgözəlov (60 kq), Maqsud Xasmetov (65 kq) və Tağı Nəsibov (65 kq) rinqə çıxacaq.

Bu gün yarışa yollanacaq komandamız iyunun 30-da Bakıya qayıdacaq.

Qeyd edək ki, turnirdə 10 ölkənin boksçularının iştirakı gözlənilir.

İdman.biz