Boksçumuzdan Qazaxıstanda bürünc medal

Xəbərlər
6 İyun 2025 15:06
56
Boksçumuzdan Qazaxıstanda bürünc medal

Qazaxıstanın Türküstan şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 1 medalla başa vurub.

Komandamızın heyətində Hikmət Məmmədov (50 kq) fəxri kürsüyə yüksəlib. O, yarışda bürünc medal qazanıb.

İdman.biz