“Heydər Əliyev kuboku-2025”: 12 boksçumuz günü qələbə ilə başa vurub - FOTO

Xəbərlər
20 May 2025 11:02
48
“Heydər Əliyev kuboku-2025”: 12 boksçumuz günü qələbə ilə başa vurub - FOTO

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın dördüncü günündə oğlanlar arasında 1/4, qızlarda 1/2 final mərhələsinə yekun vurulub.

Azərbaycan millisinin daha 9 oğlan boksçusu günü qələbə ilə başa vuraraq, adını yarımfinala yazdırıb.

Qızlardan ibarət yığmamızın isə daha 3 idmançısı finala vəsiqə qazanıb.

Bakı Boks Mərkəzində keçirilən turnirin beşinci günündə oğlanlar arasında yarımfinal görüşləri baş tutacaq.

Qeyd edək ki, 8 ölkənin qatıldığı yarışa mayın 21-də yekun vurulacaq.

Oğlanlar
1/4 final
48 kq

Ayxan Həsənov (Azərbaycan) – Əli Əliyev (Azərbaycan) – 1:4 (28:29, 28:29, 30:27, 28:29, 28:29)

52 kq
Əli Camalzadə (Azərbaycan) – Andrija Nikitoviç (Monteneqro) – 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29)

54 kq
Miryan Voloşin (Gürcüstan) – İbrahim Bədəlli (Azərbaycan) – 0:5 (27:29, 27:29, 27:29, 27:29, 27:29)
Sadiq Musayev (Azərbaycan) – Beka Okruaşvili (Gürcüstan) – 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28)

57 kq
Ulas Alimjan (Qazaxıstan) – Yusif Həsənli – 2:3 (29:28, 28:29, 27:30, 30:27, 27:30)
Nikolos Xizanişvili (Gürcüstan) – Əflatun İsmiyev (Azərbaycan) – 2:3 (29:28, 28:29, 30:27, 28:29, 28:29)

75 kq
İsmayıl Məmmədov (Azərbaycan) – Nicat İmanov (Azərbaycan) – 0:5 (26:30, 26:30, 26:30, 26:30, 26:30)
Hüseyn Vahabov (Azərbaycan) – Turqay Abbasov (Azərbaycan) – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27)

+80 kq
Həsən Akpinar (Gürcüstan) – Səftər Məmmədzadə (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib

Qızlar
1/2 final
46 kq

Aylin Nəzərova (Azərbaycan) – Aleksandra Kustikova (Belarus) – 4:1 (30:27, 30:27, 30:27, 29:28, 28:29)
Milana Belyankina (Belarus) – Nurgül Ocaqova (Azərbaycan) – 0:5 (25:30, 26:30, 27:29, 27:29, 26:30)

50 kq
Akerke Serdali (Qazaxıstan) – Əminə Tağı (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib

İdman.biz