Pedro Roke: “5 lisenziya ilə lider mövqeyindəyik” - MÜSAHİBƏ - VİDEO

Müsahibə
3 İyun 2024 22:51
834
Pedro Roke: “5 lisenziya ilə lider mövqeyindəyik” - MÜSAHİBƏ - VİDEO

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Rokenin İdman.bizə müsahibəsi

- Yarışla bağlı təəssüratlarınız necədir?

- Çox güclü yarış keçdi. Son Olimpiya Təsnifat Turniri olduğu üçün bütün güclü komandalar mübarizə aparırdılar. Rəqiblər yarışa çox yaxşı hazırlaşmışdılar. Dünya çempionatı səviyyəli mübarizə getdi. Sonda biz 2 lisenziya qazandıq. Əvvəl 3 vəsiqə qazandığımız üçün Avropada 5 lisenziya ilə lider mövqeyindəyik. Dünyada isə ilk beşlikdə yer almışıq.

- Olimpiadaya hazırlıq barədə nə deyə bilərsiniz? Olimpiya Oyunlarında rekordlar sizin adınızla bağlıdır. Parisdə yeni rekord qeydə alına bilərmi?

- Dediyiniz kimi rekord mənimlə bağlıdır. Boksçumuz Alfonso Tokioda qazanılan bürüncü Parisdə qızıla çevirmək istədiyini dedi. Mən ikinci dəfə Azərbaycana gəlirəm. 2016-cı ildə Lorenzo Sotomayor mənim rəhbərliyim ilə Olimpadada Azərbaycan yığmasında gümüş medal qazanmışdı. Mənim ən böyük arzum həmin medalın əyarını qızıla çevirməkdir. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq. Gənclər və İdman Nazirliyi və federasiya rəhbərliyi mənə ikinci dəfə etimad göstərib. Onlar komandanın uğur qazanması üçün hər cür şərait yaradıblar. Biz üzərimizə düşən vəzifənin öhdəsindən gəlmək üçün var güclə çalışırıq.

İdman.biz