Boksçularımız U-15 Avropa çempionatını 10 medalla başa vurdular - FOTO

26 Oktyabr 2026 10:27
116
Boksçularımız U-15 Avropa çempionatını 10 medalla başa vurdular - FOTO

Azərbaycan millisi Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatını 10 medalla başa vurub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yığmanın heyətində Teymur Tanrıverdiyev (90 kq) Avropa çempionu tituluna yiyələnib. O, finalda Riçard Ovidiuya (Rumıniya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq), Sərxan Haxverdiyev (70 kq) gümüş, Nuray Qafarova (50 kq), Ələkbər Məmmədli (44 kq), Gülay Ocaqova (57 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasov (66 kq) isə bürünc mükafat qazanıblar.

İdman.Biz
Məqalədə: