Məşhur britaniyalı boksçu Entoni Coşua iki məşqçisi Sina Qaminin (güc və hazırlıq məşqçisi) və Robert Lutzun (Entoninin şəxsi məşqçisi) xatirəsini anıb.
İdman.Biz bildirir ki, Coşua ötən ilin dekabr ayının sonlarında Nigeriyada avtomobil qəzasına düşüb. Coşua xəsarət alıb, Qami və Lutz isə həlak olublar.
“Qardaşlarıma göstərdiyiniz sevgi və qayğıya görə hamınıza təşəkkür edirəm. Onların nə qədər xüsusi olduqlarının fərqinə belə varmamışdım. Tanrının məni belə böyük insanlarla əhatə etdiyini anlamayaraq, sadəcə onların yanında gəzib zarafatlaşırdım. Əlbəttə ki, bu, mənim üçün çətindir, amma bilirəm ki, onların valideynləri üçün daha da çətindir. Mənim güclü ruhum var və inanıram ki, Tanrı onların ürəklərini bilir. Tanrı günahlarını bağışlasın”, - Coşua sosial media səhifəsində yazıb.
