Əfsanəvi filippinli boksçu IBA-nin vitse-prezidenti təyin edilib

Xəbərlər
27 Oktyabr 2025 21:20
31
Əfsanəvi filippinli boksçu IBA-nin vitse-prezidenti təyin edilib

Altı çəki dərəcəsində keçmiş dünya çempionu Menni Pakyao Beynəlxalq Boks Assosiasiyasının (IBA) vitse-prezidenti vəzifəsinə təuin olunub.

İdman.Biz-in təşkilatın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qərar Manilada keçirilən idarə heyətinin iclasında təsdiqlənib.

Pakyao çıxışında dünya miqyasında boksun inkişafına töhfə vermək niyyətində olduğunu bildirib: “Prezident Umar Kremlevin ilhamverici rəhbərliyi altında IBA Qızıl dövrünə - ölkədən və səviyyədən asılı olmayaraq hər bir boksçunun xəyal qura və qalib gələ biləcəyi bir dövrə qədəm qoyub. Heç bir gənc idmançının dəstəksiz qalmamasını və heç bir millətin özünü kənarda qalmış hiss etməməsini təmin etmək üçün bu missiyaya qoşulmaqdan qürur duyuram. Boks insanları siyasətin edə bilmədiyi şəkildə birləşdirmək gücünə malikdir”.

İdman.Biz