Azərbaycan boksçuları Avropa çempionatından medallarla qayıdıb - FOTO

Xəbərlər
27 Oktyabr 2025 13:34
42
Azərbaycan boksçuları Avropa çempionatından medallarla qayıdıb - FOTO

Monteneqronun Budva şəhərində U-15 Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

İdman.Biz xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, boksçularımız U-15 Avropa çempionatında iki qızıl, üç gümüş və üç bürünc medala yiyələniblər.

İdman.Biz