Məhəmməd Cəfərov Avropa çempionatına qələbə ilə start verdi

Xəbərlər
4 Oktyabr 2025 12:59
38
Məhəmməd Cəfərov Avropa çempionatına qələbə ilə start verdi

Azərbaycan millisinin daha bir boksçusu Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatına qələbə ilə başlayıb.

İdman.biz xəbər verir ki, millinin üzvü Məhəmməd Cəfərov (+90 kq) 1/8 finalda Nikolas Saleki (Çexiya) mübarizədən kənarlaşdırıb.

Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, yerli idmançıya tam üstünlüklə qalib gəlib.

Cəfərov 1/4 finalda ilk mərhələdən azad olan Oleksander Slyesariyevlə (Ukrayna) döyüşəcək. Görüş oktyabrın 5-də olacaq.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

İdman.biz