Voleybolçumuzun arzusu - Avropa çempionatına vəsiqə

Xəbərlər
5 İyul 2025 14:28
42
Voleybolçumuzun arzusu - Avropa çempionatına vəsiqə

“İlk olaraq U-20 çempionatında iştirak etdik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın millisinin çimərlik voleybolçusu İbrahim Məmmədov deyib.

O, Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında oyunlarını dəyərləndirib. Yığma üzvü öncə U-20-lər arasındakı görüşlərdən danışıb: “Bu yarışda Ermənistan millisi ilə qarşılaşdıq və böyük fərqlə qalib gəldik. Növbəti mərhələdə isə rəqibimiz təcrübəli Litva yığması idi. Oyun rəqibin qələbəsi ilə başa çatdı. İki gün sonra Latviyada U-18 çempionatında iştirak etdik. Burada qrup mərhələsini ikinci olaraq tamamladıq. Pley-offda Litva millisinə qalib gəldik. 1/4 finalda isə ev sahibi Latviya yığmasına məğlub olduq. Hər iki yarış Avropa çempionatına vəsiqə qazandırırdı. Çox istərdik ki, biz də ilk üç pillədə yer alaq və qitə birinciliyində ölkəmizi təmsil edək. Çalışacağıq ki, növbəti yarışlarda daha yaxşı oynayıb Avropa çempionatına vəsiqə qazanaq”.

Qeyd edək ki, Muhəmməd Aslanlı - İbrahim Məmmədov cütlüyü U-18-lər arasında 5-ci olub.

İdman.biz