Millimiz EEVZA çempionatında 5-ci olub

Xəbərlər
3 İyul 2025 09:50
49
Millimiz EEVZA çempionatında 5-ci olub

18 yaşadək oğlanlar çimərlik voleybolu üzrə Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında çıxışını yekunlaşdırıb.

İdman.biz xəbər verir ki, Latviyanın Tsesis şəhərində təşkil olunan yarışda İbrahim Məmmədov - Muhəmməd Aslanlı cütlüyü 5-ci yeri tutub.

Komandamız qrup mərhələsində Latviya və Estiniyaya, pley-offda Litva yığmasına qalib gəlib. 1/4 finalda isə EEVZA çempionatında ikinci olan Latviya millisinə məğlub olub.

Qeyd edək ki, turnirdə ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunub. Qız voleybolçularımız qrup mərhələsində mübarizəni dayandırıb.

İdman.biz