“Murov AZ TERMİNAL” tarix yazır

Xəbərlər
7 Oktyabr 2023 20:22
“Murov AZ TERMİNAL” tarix yazır

Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda mübarizə aparan Azərbaycan komandası finalına yüksəlib.

İdman.biz saytı xəbər verir ki, “Murov AZ TERMİNAL” yarımfinalda Fransanın “Monpelye” komandasına qalib gəlib.

Yarımfinalda komandalar arasında keçirilən iki oyundan birində fransalılar, ikincisində isə təmsilçilərimiz qələbə qazanıblar. Qalib qızıl setdə müəyyənləşib. 15:10 hesabı ilə üstün olan “Murov AZ TERMİNAL” Avropa Kubokunda finala yüksəlib.

İdman.biz