“Murov AZ Terminal” Avropa Kubokunun yarımfinalına vəsiqə qazanıb

Xəbərlər
7 Oktyabr 2023 13:46
“Murov AZ Terminal” Avropa Kubokunun yarımfinalına vəsiqə qazanıb

Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda çıxış edən kişilərdən ibarət “Murov AZ Terminal” yarımfinala yüksəlib.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Macarıstanın “Budapeşt” klubuna qalib gəlib.

Komandalar arasında keçirilən iki oyundan birində rəqib, ikincidə isə “Murov AZ Terminal” qələbə qazanıb.

Ardınca qalibi müəyyən etmək üçün qızıl set oynanılıb. Qızıl setdə 15:8 hesabı ilə qalib gələn komandamız Avropa Kubokunda növbəti mərhələyə yüksəlib.

İdman.biz